Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə axşamı

1 iyun 2023

15:43:53
1370456

Bakı ilə Qarabağ ermənilərinin dialoq qurması vacibdir

Şarl Mişel Azərbaycan hakimiyyətinə separatçılarla dil tapmağı məsləhət görüb.

 Avropa İttifaqı Şurasının rəhbəri bildirib ki, Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyinə dair dialoq həlledici əhəmiyyətə malikdir.

Avropa İttifaqı Şurası rəhbərinin fikrincə “maksimalist mövqelərdən çəkinmək və dialoqa can atmaq” mühümdür:

“30 ildən çox davam etmiş münaqişədən sonra yaraların sağalmasına vaxt tələb olunur. Cəsarətli qərarlar zəruridir”, - deyə Şarl Mişel vurğulayıb.

 342/