Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

31 may 2023

06:00:00
1369932

Uşaq qatili sionist rejimin prezidenti: İlham Əliyev İsrailin əsl dostudur!

Cinayətkar sionist işğalçı rejimin başçısı İsaak Hersoq Azərbaycana hakim kəsilmiş əliyevlər sülalə rejiminin başçısı İlham Əliyevlə Bakıda görüşdükdən sonra onu “İsrailin əsl dostu” adlandırıb.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Azərbaycanda iki günlük rəsmi səfərdə olan uşaq qatili sionist rejimin başçısı əliyevlər sülalə rejimini sionist rejimin “strateji tərəfdaşı” adlandırıb.

Hersoq əliyevlər sülalə rejiminin başçısı İ.Əliyevi salamladıqdan sonra “Tvitter” səhifəsində ivrit, ingilis və azəri dillərində İlham Əliyevi “tərifləyib”.

Sionist rejimin başçısı yazıb:

“İsrailin əsl dostu olan dostum, Azərbaycan prezidenti İlham Əliyevə sarayında səmimi qəbula görə təşəkkür edirəm.

İsrail Azərbaycanı dəyərli strateji tərəfdaş və regional sabitliyin lövbəri hesab edir.

Xalqlarımız arasındakı münasibətlər sülh və əməkdaşlıq yolunu seçən digər ölkələr üçün nümunədir, müsəlmanlar və yəhudilər arasında dostluq münasibətlərinin nümunəsidir”.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!