Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahartv
cümə axşamı

20 aprel 2023

10:34:30
1359485

İlham Əliyevdən separatçılara formal hədə-qorxu

3 tərəfli bəyanata qol çəkərək Xankəndidə separatçı rejimin fəaliyyətinin davam etməsinə izn verən Azərbaycan Respublikası prezidenti separatçıları təhdid edib.

Bu gün Salyanda AzTV-yə verdiyi müsahibədə “Bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz” deyən İlham Əliyev 44 günlük müharibədə separatçılara qarşı heç bir tədbir görməyən və müharibədən sonra onların fəaliyyətinin davam etdirilməsi üçün üçtərəfli bəyanatı imzalayan rəsmi Bakının bundan sonra təlxək adlandırdığı separatçılara qarşı nə edə biləcəyinə aydınlıq gətirməyib.

Azərbaycan Respublikası prezidenti Qarabağda yaşayan erməni əhalinin əksəriyyətinin Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduğuna əminliyini də bildirib və buna sadəcə separatçıların imkan vermədiyini xatırladıb.

Qarabağda Separatçı rejimin fəaliyyətində Ermənistan dövlətini ittiham edən İlham Əliyev ölkəsinin bir daha istənilən formada öz iradəsini sübut etmək imkanına malik olduğunu vurğulayıb.

342/