Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

11 mart 2023

11:40:00
1351649

İrana qarşı müharibəyə hazırlaşan cühüd rejiminin sabiq naziri: İran Azərbaycanla hər hansı qarşıdurmaya başlamazdan əvvəl bir daha düşünməlidir (!)

İslam Dünyasının bir nömrəli düşməni olan işğalçı cühüd rejimi İran İslam Respublikasına qarşı aparacağı müharibədə Azərbaycanı, xüsusi ilə də İlham Əliyevi də qoşmaq və bu yöndə Əliyevlər rejimini və Azərbaycan xalqını şirinləşdirmək və onları eyforiyaya salmaqda israrlıdır.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İslam Dünyasının bir nömrəli düşməni olan işğalçı cühüd rejimi İran İslam Respublikasına qarşı aparacağı müharibədə Azərbaycanı, xüsusi ilə də İlham Əliyevi də qoşmaq və bu yöndə Əliyevlər rejimini və Azərbaycan xalqını şirinləşdirmək və onları eyforiyaya salmaqda israrlıdır.

Trend-in məlumatına görə, Qlobal Bakı Forumunda iştirak edən İsrailin sabiq baş naziri Ehud Olmert İran İslam Respublikasının xəbərdarlıqlarını Bakı rejimi tərəfindən ciddiyə alınmaması üçün verdiyi açıqlamasında deyib: “İran Azərbaycanla hər hansı qarşıdurmaya başlamazdan əvvəl bir daha düşünməlidir.”

O, İsrail rejiminin İrana qarşı müharibədə Azərbaycan ərazilərindən və hərbi resurslarından istifadə edəcəyi təqdirdə İranın İ.Əliyevə etdiyi xəbərdarlıqlarını əhəmiyyətsiz göstərmək məqsədi ilə qeyd edib ki, Azərbaycanın güclü dostları var, İsrail də onların arasındadır.

Ehud Olmert deyib: "Azərbaycan ordusu son bir neçə ildə öz gücünü sübut edib, ölkənin ərazi bütövlüyünü bərpa edib".

Qeyd edək ki, əliyevlər sülalə rejiminin başçısı İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Martın 11-dək davam edəcək Forumda ABŞ və sionist rejiminin maraqlarına cavab verən yeni dünya nizamına təhdid yaradan İran İslam Respublikası kimi amillərə, o cümlədən cühüdlərin təhlükəsizlik məsələsinə və Şərq xalqlarının sionizim qarşısında təslimçiliklərinin təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal imperializimin hədəflərinə verə biləcək müsbət təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, cühüd dünyasını sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!