Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

7 mart 2023

14:36:00
1351062

ABŞ Dövlət Departamentinin müşaviri Ermənistanda səfərdədir

Lui Bono bu gün Ermənistana səfər edib.

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bono martın 7-də İrəvana səfər edib.

Bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi xəbər verib.

L.Bono Ermənistanla Azərbaycan arasında hərtərəfli sülhün əldə olunması istiqamətində danışıqlarda ABŞ-nin köməkliyini müzakirə etmək üçün Ermənistan rəhbərliyi ilə görüşlər keçirib.

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!