Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

26 yanvar 2023

14:15:00
1341266

Ayətullah İsa Qasim: Dünya ziyalıları Quranın yandırılmasını pisləməlidir / Quranı yandırmaq qlobal təhlükəsizliyin yandırılmasıdır

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının Ali Şurasının Bəhreynli üzvü İsveçdə və s Qərb ölkələrində Quran-ı Kərimin yandırılmasını pisləyən bəyanat yayaraq, dünya ziyalılarını əqidə, vicdan əsasında və dünyanın təhlükəsizliyi naminə heç bir sərhəd tanımadan dəhşət və terrorun yayılmasına səbəb olan bu şeytani yanaşmanı qınayaraq, qarşısını almağa çağırıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının Ali Şurasının Bəhreynli üzvü Ayətullah Şeyx İsa Qasim bəyanat dərc edərək İsveçdə və digər Qərb ölkələrində Quranın yandırılmasını pisləyib.

Bu bəyanatında o, İsveç polisinin dəstəklədiyi ekstremizm, nifrət və təkəbbürlə dolu bir fiqur olan Rasmus Paludanın əli ilə Qurani-Kərimin bir nüsxəsinin yandırılmasının təkcə bir şəxs tərəfindən törədilmiş cinayət deyil, həm də dövlət səviyyəsində baş verən bir cinayət olduğunu vurğulayıb. Avropada və dünyanın digər yerlərində baş verən bu tipli bütün cinayətlər kimi, bu cinayət də nadanlıq və cahillik üzündən edilib.

Şeyx İsa bildirib: “İfadə azadlığı çərçivəsində bu cür cinayətlərin həyata keçirilməsi və dini müqəddəsliklərin açıq şəkildə təhqir olunması, dünyanın fitnə-fəsada sövq edilməsi tam axmaqlıqdır, çünki onlar insanların heyvanlar kimi mütləq azadlığa malik olduğuna inanırlar.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!