Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə

23 dekabr 2022

12:00:00
1332917

Fransa gənclərinin yarısı ictimai yerlərdə çadranın qadağan edilməsinin əleyhinədir!

Fransada keçirilən sorğunun nəticələri göstərir ki, bu ölkənin gənclərinin yarıdan çoxu ictimai yerlərdə İslami Hicab taxmağın qadağan edilməsinin əleyhinədir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, CSA İnstitutunun sorğusunun nəticələri təsdiq edir ki, Fransa gənclərinin 56%-i ölkədə ictimai yerlərdə İslami Hicab taxmağın qadağan edilməsinin əleyhinədir.

Respondentlərin yaş həddinə uyğun olaraq aparılan bu sorğu göstərir ki, Fransanın gənc əhalisinin əksəriyyəti ictimai yerlərdə hicab geyinilməsinin məcburi qadağan edilməsi ideyasına qarşıdır. Əslində, bu sorğunun nəticələrinə görə, Fransa əhalisinin 18-24 yaş arası gənclərin 56 faizi, 25-34 yaşlıların isə 51 faizi Hicab qadağasının əleyhinədir, bu ideyanı dəstəkləyənlərin əksəriyyəti isə yaşlılardır.

Bu sorğu Fransanın Respublikaçılar Partiyasının prezidentliyə namizədi “Orlean Pradi”nin bu ölkədə “ictimai yerlərdə İslami Hicabın qadağan edilməsi” məsələsini bu sualla gündəmə gətirməsindən sonra keçirilib: İslami Hicab ictimai yerlərdə qadağan edilməlidirmi?

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!