Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

18 dekabr 2022

17:00:00
1331844

Bəhreynlilər 1994-cü ilin Şəhidlərinin ildönümündə ölkəyə qanunsuz hakim kəsilmiş vəhhabi kralına qarşı nümayiş keçirib - Video

1994-cü il baş qaldıran xalq qiyamının qanunsuz Ali-Xəlifə sülalə rejiminin polisi tərəfindən amansızcasına yatırılmasının və qanlı zorakı hadisədə iki bəhreynilinin şəhadətə yetirilməsinin ildönümü günlərində bəhreyn xalqı küçələrə toplaşaraq etiraz aksiyası keçirmiş və bu ölkəyə qanunsuz olaraq hakim kəsilmiş vəhhabi kralı əleyhinə şüarlar səsləndirmişlər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, iki gecə öncə bəhreynlilər 1994-cü ildə Əl-Xəlifə rejiminə qarşı xalq qiyamının ilk iki şəhidinin şəhadətinin ildönümü ilə bağlı nümayiş keçiriblər. Etirazçılar, şəhidlərin və həbsdə olan müxalifət liderlərinin şəkillərini əllərində tutaraq bu ölkənin vəhhabi əqidəli qanunsuz kralı Həməd bin İsa Ali-Xəlifə əleyhinə şüarlar səsləndiriblər. Nümayişçilərin şüarlarından biri də “Həməddən bezmişik!” olub.

Verilən məlumata əsasən, Bəhreynin Əl-Sənab qəsəbəsinin əhalisi də bu iki şəhidin şəhadətinin ildönümü mərasimində şəhidlərin yolu ilə gedəcəklərini vurğulayıblar. Onlar həmçinin siyasi və ideoloji məhbusların azad edilməsini tələb ediblər.

Xatırladaq ki, 2011-ci il fevralın 14-dən etibarən Bəhreyndə qanunsuz Ali-Xəlifə rejiminə qarşı xalq üsyanı yeni mərhələyə qədəm qoyub.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!