Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

26 noyabr 2022

19:50:42
1326493

Almaniyada müəllimlər tətil aksiyası keçirir

Almaniyada yüzlərlə müəllim iş şəraiti və aşağı əmək haqqına etiraz olaraq, tətilə çıxıb.

Almaniyada cümə günü yüzlərlə müəllim iş şəraiti, sinif otaqlarının ölçüsü və aşağı maaşlarına etiraz etmək üçün Berlin küçələrinə çıxıb.

Yayımlanan kadrlarda insanların "GEW" Təhsil Birliyinin bayraqları ilə yürüş etdiyi görünür.

Bu, ittifaqın bu il yürüşə və tətil aksiyasına çağırdığı altıncı dəfədir.

Custus adlı etirazçı deyir: "Biz bu gün sağlamlığımızı qorumaq üçün burdayıq. Çünki biz çox yüklənmişik, sinif otaqları izdihamlıdır". 

Həmkarlar ittifaqları şagirdlərin və müəllim heyətinin nəzərə alınması və onlar arasında tarazlığın yaradılmasını istəyirlər, hökumətin müzakirəçiləri isə bu hərəkətin əhəmiyyətli xərcləri olacağını iddia edirlər.

342/