Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə axşamı

24 noyabr 2022

21:25:19
1325979

“Güney Azərbaycan” və “Turan” planı hoqqabazlıqdır!

ABŞ-da yaşayan tanınmış politoloq Əliyevin qondarma “vahid Azərbaycan” və “Turan” məsələsini gündəmə gətirməsini hoqqabazlıq adlandırıb.

Ərəstun Oruculu “Azəri Fridom” kanalı ilə söhbətində deyib: Azərbaycan Respublikasında oğurluq və siyasi hiylə ilə tanınan şəxslərin “Turan” və “Vahid Azərbaycan” məfhumlarını təqdim etməsi hakimiyyəti gözdən salır.

Onun sözlərinə görə, Turan və türk dünyası ilə bağlı sənədi Səmərqəndə təqdim edəndə məlum oldu ki, İlham əliyev onu ilk dəfədir oxuyur. Həmin görüşdən az əvvəl ABŞ Dövlət Departamenti bəyanat yayaraq İranın təzyiqləri qarşısında ABŞ-ın Azərbaycan Respublikasına dəstək verəcəyini bəyan etdi. Görünür, İlham Əliyevin məlum açıqlaması həm də ABŞ-ın həmin dəstəyinə cavab idi.

Ekspert Ərdoğanın və Türkiyənin indiki hökmdarlarının Böyük Turan məsələsini siyasi iş hesab edərək deyib: “Atatürk və İsmət İnönünü əyyaş hesab edənlər Turan düşüncəsini dəstəkləyə bilərmi? Əgər Ərdoğan doğrudan da Turanı qurmaq istəyirdisə, niyə işinə neo-osmançılıq ideyası ilə başladı və niyə yeni Osmanlıçılıq ideyasını Turançılığa çevirdi?!”

Ə.Oruclu əlavə edib ki, öz hakimiyyətini qorumaq üçün Rusiyaya sığınan liderlərin Turan-ı qurması əbəs hərəkətdir. “Turan təfəkkürünü Azərbaycan Respublikasında təbliğ edənlər necə oldu ki, 10 noyabr 2020-ci il tarixli müqavilədə Rusiya hərbi qüvvələrinin Azərbaycan Respublikası ərazisinə yerləşdirilməsinə razılıq verdi? Rus hərbçiləri ilə Turan qurmaq istəyirlər?! Əgər Türkiyə bu müqaviləyə razı deyildisə, bu Turan qurucuları buna necə razı oldular və Türkiyə 10 noyabr müqaviləsi və Rusiya hərbi qüvvələrinin Azərbaycan Respublikası ərazisində yerləşdirilməsi ilə razılaşdısa, bu, milli təhlükəsizlik konsepsiyası və Azərbaycan Respublikasının milli maraqları ilə ziddiyyətdədir”, - deyə Ərəstun oruclu qeyd edib.

342/