Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

23 noyabr 2022

17:52:16
1325739

Türkiyənin Suriyanın şimalına hücumları davam edir; 184 ölü var

Türkiyənin müdafiə naziri ölkənin Suriyanın şimalındakı mövqelərə endirilən hava zərbələri nəticəsində kürd silahlı birləşmələrinin 184 üzvünün öldürüldüyünü açıqlayıb.

 Türkiyənin İstanbul şəhərində 6 nəfərin ölümü, 81 nəfərin yaralanması ilə nəticələnən son terror aktından sonra Türkiyə ordusunun Suriya və İraqın şimal bölgələrinə hücumları intensivləşib. Türkiyə hökuməti İstanbulun İstiqlal küçəsində baş verən partlayışa görə Kürdüstan Fəhlə Partiyası PKK-nın üzvlərini günahlandırır və bu bəhanə ilə bu qruplaşmaya qarşı yeni hərbi hücumlara başlayıb, PKK isə bu partlayışda iştirakını rədd edib.

"İRİB"-in məlumatına görə, Türkiyə müdafiə naziri Hulusi Akar ölkəsinin İraq və Suriyanın şimalındakı bir sıra  hədəflərə qarşı "Pəncə-Qılınc" əməliyyatının başladığı gündən indiyə kimi 184 PKK-çının zərərsizləşdirildiyini bildirərək, deyib: "Bu əməliyyat bu qruplaşmanın İstanbulda törətdikləri son partlayışa cavab olaraq, keçirilir". 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dünən axşam bildirib ki, Suriya və İraqın şimalındakı əməliyyatlar təkcə hava hücumları ilə məhdudlaşmayacaq.

Türkiyə bazar günü səhər saatlarından etibarən Suriya və İraqın şimalında PKK əleyhinə hücumların yeni mərhələsini bərpa edib.

Bağdad və Dəməşqin Türkiyənin bu iki ölkəyə qarşı davamlı hərbi hücumlarına etirazlarına baxmayaraq, Ankara PKK ilə mübarizə bəhanəsi ilə bu etirazlara məhəl qoymadan Suriya və İraqın bəzi bölgələrinə hücumlarını gücləndirib.

342/