23 noyabr 2022 - 17:51
Türkiyədə zəlzələ baş verib 50 nəfər yaralanıb

Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində 5,9 bal gücündə zəlzələ baş verib.

Zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib.

Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.

Ən son məlumata görə zəlzələdə 50 nəfər xəsarət alıb. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Yeraltı təkanlarda ölən olmadığı açıqlanıb.

Zəlzələ ilə əlaqədar Sakarya, Bolu və Düzcədə bu gün məktəblərdə dərs olmayacaq.

342/