Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

17 noyabr 2022

08:25:00
1323915

Fələstin müqavimət qüvvələri işğalçı sionist hərbiçilərə hücum etdi

Nablus batalyonu müqavimət qüvvələrinin Nablusun şərqində sionist əsgərlərin toplaşdığı yerə hücum edərək, onlara avtomat silahlardan atəş açaraq, partlayıcı atdıqlarını elan edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Fələstin müqavimət qüvvələri İordan çayının qərb sahilinin şimalında yerləşən Nablusun şərqində işğalçı sionist əsgərləri hədəfə alıb.

ABŞ, Ukraniya, Polşa, İngiltərə, Almaniya, Rusiya, Azərbaycan və s ölkələrdən Fələstin İslam Torpaqlarına köç edən sionist mühacirlər cümə axşamı səhər sionist ordunun dəstəyi ilə Nəblus şəhərinin şərqində Yusif Nəbinin (əleyhi səlam) məqbərəsinə hücum ediblər.

Mühacirlərin Nablusun şərqinə hücumundan sonra fələstinlilərlə sionist hərbçilər arasında şiddətli toqquşmalar baş verib.

Bununla əlaqədar olaraq, Nablus batalyonu müqavimət qüvvələrinin Nablusun şərqində sionist əsgərlərin toplaşdığı yerə hücum edərək, onlara avtomat silahlardan atəş açaraq, partlayıcı atdıqlarını elan edib.

Sionist rejimin 12-ci kanalı Nablusun şərqində sionist hərbçilərlə silahlı ünsürlər arasında toqquşma və atışma olduğunu, lakin heç kəsin xəsarət almadığını bildirib.

Sionist rejimin İordan çayının qərb sahilinin müxtəlif bölgələrində törətdiyi cinayətlərə cavab olaraq, son aylarda anti-sionist əməliyyatlar kəskin şəkildə artıb; Elə bir şəkildə ki, bu rejimin siyasi liderləri, hərbi və təhlükəsizlik qurumları bu əməliyyatların öhdəsindən gəlməkdə aciz olduqlarını etiraf edir və onun genişlənməsi barədə xəbərdarlıq edirlər.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!