Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

13 noyabr 2022

16:38:53
1322883

Rəisi Rusiyanın iqtisadi həmkarlıqları gücləndirmək təmayülünü alqışlayıb

Rusiyanın İran İslam Respublikası ilə iqtisadi həmkarlıqları gücləndirmək təmayülünü alqışlayan İran prezidenti Avrasiya bölgəsindəki qovşaq xətlərinin gücləndirilib, genişləndirilməsi də daxil olmaqla infrastruktur bağların genişləndirilməsinin regionda iqtisadi əməkdaşlıqların və ticarət əlaqələrinin rövnəqinə səbəb olacağını bildirib.

Seyid İbrahim Rəisi dünən axşam Rusiya prezidenti Vladimir Putinin telefon zənginə cavabda, Rusiyanın İran İslam Respublikası ilə iqtisadi həmkarlıqları gücləndirmək təmayülünü rəğbətlə qarşılayıb.

İki ölkə arasındakı iqtisadi və diplomatik gediş-gəlişlərin artmasına toxunan Rəisi, qarşılıqlı həmkarlıqların gücləndirilməsi və əlaqələr səviyyəsinin yüksəldilməsində iqtisadi və siyasi məşvərətləri önəmli adlandıırb.

Rusiya prezidenti Vladimir Putin də bu telefon danışığında İranın özəl coğrafi mövqeyinə təkidlə, şimal-cənub dəhlizini yükdaşıma xərcləri ilə zamanın azalmasında təsirli adlandırıb. Bildirib ki, bu tranzit yolu dünyada ticarət və iqtisadiyyat üçün cəzbedici bir marşruta çevriləcək.

342/