Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

30 oktyabr 2022

20:09:16
1318936

Prezident Rəisi: İran və Türkiyə hərtərəfli əlaqələri inkişaf etdirmək üçün çoxlu imkanlara malikdir

İran İslam Respublikası prezidenti Türkiyənin Cümhuriyyət Gününü təbrik edən mesajında deyib: " İran və Türkiyə iki müstəqil ölkə olaraq, təktərəfliliyə qarşı, köklü qonşuluq münasibətləri ilə hərtərəfli əlaqələri inkişaf etdirmək üçün çoxlu imkanlara malikdir".

Seyid İbrahim Rəisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda Türkiyə xalqını və hökumətini Cumhuriyyət Günü münasibətilə təbrik edib.və əlavə edib: "Şübhəsiz ki, hər iki ölkənin hərtərəfli uzunmüddətli əməkdaşlıq proqramının həyata keçirilməsinə dair ciddi iradəsi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və ümumi maraqlarla hədəflərə çatmaq üçün səylərin artırılması üçün aydın üfüqlər açır".

Türkiyədə 1923-cü ildən bəri hər il oktyabrın 29-u Cümhuriyyət Günü kimi qeyd olunur.

342/