Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

7 sentyabr 2022

12:25:00
1304271

Şeyx İsa Qasim: Bəhreyn seçkiləri diktə olunmuş və repressiya alətdir /Bəhreyn seçkilərində iştirak ağıla və dinə ziddir

Şeyx İsa Qasim vurğulayıb ki, bu seçki Bəhreyn xalqının xeyrinə deyil və biz bunu pisləyirik, çünki belə bir seçki Ali-Xəlifə rejiminin birtərəfli və repressiv hərəkətlərini davam etdirmək üçün bir vasitədir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Bəhreyn İnqilabının ruhani lideri Ayətullah İsa Qasim bir daha Bəhreyn xalqının vəhhabi Ali-Xəlifə rejimi tərəfindən keçirilən zalım seçkilərə qarşı çıxmasını istəyib.

Şeyx İsa Qasim Bəhreyn xalqının bu ölkənin qarşıdan gələn seçkilərində iştirakını zülm və ədalətsizliyə xidmət hesab edib.

O, Twitter səhifəsində yazıb: “Bəhreyndə parlament seçkilərində iştirak etmək ağıl və dinə ziddir.”

Şeyx İsa Qasim vurğulayıb ki, bu seçki Bəhreyn xalqının xeyrinə deyil və biz bunu pisləyirik, çünki belə bir seçki Ali-Xəlifə rejiminin birtərəfli və repressiv hərəkətlərini davam etdirmək üçün bir vasitədir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!