Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Trend
bazar ertəsi

30 may 2022

18:19:54
1262390

Astaraçay üzərindəki yeni körpü ilə yükdaşıma artacaq - İranlı nazir müavini

M.Səfərinin sözlərinə görə, bu vasitə ilə də Qara dəniz – Fars körfəzi dəhlizi aktivləşəcək.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Azərbaycan və İran İslam Respublikası arasında Astaraçay üzərində tikilməkdə olan yeni körpü vasitəsi ilə İİR-a məxsus gündəlik 800 ədəd yük maşını Qafqaz, Rusiya və Avropa istiqamətində hərəkət edəcək.

Bunu İranın xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri bu gün (30 may) Tehranda “İran və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı” Beynəlxalq Konfransı zamanı jurnalistlərə açıqlamasında deyib.

M.Səfərinin sözlərinə görə, bu vasitə ilə də Qara dəniz – Fars körfəzi dəhlizi aktivləşəcək. Bu dəhlizin illik potensialı təxminən 500 milyon tondur. İlk mərhələdə bu dəhlizlə ildə 20 milyon ton yük daşına bilər.

Qeyd edək ki, Azərbaycan və İran arasında yeni körpünün təməli bu il yanvarın 25-də qoyulub.

Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metr olacaq. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər birinin eni 2.5 metr olan 2 piyada keçidinin yaradılması nəzərdə tutulur.



Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!