19 aprel 2022 - 20:43
Rusiya neft və qazından imtinanın Avropa üçün nəticələri barədə PROQNOZ

Suxov proqnozlaşdırıb ki, hadisələrin bu cür inkişafı şərtlərində Avropa dövlətləri ABŞ, Qətər, İran və ya Norveç kimi alternativ ölkələrdən neft və qaz idxalına yönələcəklər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Analitik Kredit Reytinq Agentliyinin (ACRA) rəhbəri Mixail Suxov Rusiya neft və qazından kəskin imtina edəcəyi təqdirdə Avropanın qiymət şoku ilə üzləşəcəyini proqnozlaşdırıb.

Suxov xatırladıb ki, Rusiya Avropanın enerji bazarında əhəmiyyətli paya malikdir. Onun açıqlamalarına görə, ötən ilin sonuna Rusiyanın kömür tədarükü Avropanın ümumi idxalının 46 faizini, qazın 38 faizini, neftinin 26 faizini təşkil edib. Ekspert hesab edir ki, Rusiya enerji mənbələrindən tamamilə imtina Aİ-nin daxili bazarında şoka və ekstremal ssenaridə yanacaq çatışmazlığına səbəb olacaq.

Bundan əlavə, Suxov proqnozlaşdırıb ki, hadisələrin bu cür inkişafı şərtlərində Avropa dövlətləri ABŞ, Qətər, İran və ya Norveç kimi alternativ ölkələrdən neft və qaz idxalına yönələcəklər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!