Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, dünya xalqalrının milli və mənəvi sərvətlərini talayan İngiltərə padşahlıq rejimi Rusiyanın beş bankına və üç fiziki şəxsinə qarşı sanksiya tətbiq edib.
TASS xəbər agentliyinin bildirdiyinə görə, bu açıqlama ilə İngiltərə Baş naziri Boris Conson çıxış edib.
Baş nazir deyib ki, Timçenko, həmçinin Boris və İqor Rotenberqlərin hesabları dondurulur və onların ölkəyə girişi qadağan olunur.
B.Conson məhdudiyyətlərin tətbiq olunacağı Rusiya banklarının da adlarını açıqlayıb.
Bu banklar “Rossiya”, “Promsvyazbank”, “Sənaye əmanət bankı”, “Qenbank” və “Qara dəniz inkişaf bankı”dır.
Heç bir tutarlı fakt və sübutlar ortaya qoya bilməyən Conson “hesab edir ki”, Donetsk və Luqansk vilayətləri ərazisində rus qoşunları var və bunu işğal kimi qiymətləndirir.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!