Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

2 oktyabr 2021

13:59:52
1185061

İsrail səfirliyinin açılması xalqı qəzəbləndirdi

Bəhreyndə İsrail rejimi səfirliyinin açılışına görə etiraz aksiyaları keçirilib.

ABNA24 Xəbər Verir, Bəhreyn paytaxtı Mənamə İsrailin xarici işlər nazirinin bu ölkəyə səfərinə və burada İsrail səfirliyinin açılışna görə etiraz aksiyalarının şahidi olub.

Bəhreyn mətbuatı yazır ki, Bəhreynin paytaxtı Mənamə şəhərinin mərkəzi küçərləri İsraillə münasibətlərin rəsmiləşdirilməsinə qarşı etiraz aksiyalarının şahidi olub.

Bəhreynin ana müxalifət partiyası “əl-Vifaq Cəmiyyəti” habelə ölkənin bir sıra alimləri işğalçı rejimin Bəhreyndə səfirliyinin açılması ilə bağlı bəyanat verərək, bu addımı kəskin qınayıblar.

Qeyd edək ki, ötən gün İsrailin xarici işlər naziri Yair Lapid Bəhreynə səfəri çərçivəsində irqçi rejimin səfirliyinin açılışını edib.

BƏƏ və Bəhreyn ötən ilin sentyabr ayında İsraillə münasibətləri normallaşdırmaq və rəsmiləşdirmək barədə Vaşinqtonda birgə saziş imzalayıblar. Daha sonra Sudan və Mərakeş də İsraillə münasibətləri normallaşdırdıqlarını elan ediblər. 

342/