Yaxın Şərq Xəbərləri
Suriyadakı Əl Haul düşərgəsində İŞİD-çi qadın və uşaqlar arasında Azərbaycan vətəndaşları da vardır – Foto
Düşərgə 11 min nəfər üçün nəzərdə tutulsa da, lakin burada 70 min nəfər həyat sürür. Belə ki, İŞİD terror qruplaşmasının iflasa uğramasından sonra qaçqınların sayı xeyli artmışdır.
13 may 2019 - 11:08
Xəbər kodu: 941111
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyanın şimal şərq nahiyyəsində yerləşən Əl Haul qaçqınlar düşərgəsində qondarma İŞİD adlı terror qruplaşmasının qadın və uşaqları yerləşdirilib.
Düşərgə 11 min nəfər üçün nəzərdə tutulsa da, lakin burada 70 min nəfər həyat sürür. Belə ki, İŞİD terror qruplaşmasının iflasa uğramasından sonra qaçqınların sayı xeyli artmışdır.
Qeyd edək ki, düşərgədə xeyli sayda Azərbaycan, Rusiya və Türkiyə vətəndaşları da vardır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır