Fransa polisi bildirib ki, Fransada yanacağın qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyalarının iştirakçılarının sayı artıq 81 min nəfər təşkil edir. Paris küçələrinə isə 8 min paytaxt sakini çıxıb.

25 noyabr 2018 - 14:44

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransa polisi bildirib ki, Fransada yanacağın qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyalarının iştirakçılarının sayı artıq 81 min nəfər təşkil edir. Paris küçələrinə isə 8 min paytaxt sakini çıxıb.

Fəallar prezident Emmanuel Makronun istefasını tələb ediblər. Polis su şırnaqları və gözyaşardıcı qaz tətbiq edib.

Qeyd edək ki, aksiyalar artıq bir neçə gündür davam edir. Bu gün Parisdə nümayiş iştirakçıları ilə polis qüvvələri arasında toqquşma baş verib.

Parisdə ümumilikdə 26 nəfər, ölkə üzrə isə 40-a yaxın insan saxlanılıb. Aksiyaların keçirildiyi müddətdə 620 mülki vətəndaş və 136 polis əməkdaşı yaralanıb. İki nəfər həlak olub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır