Hər Zaman Zalıma Qarşı Çıxıb Məzlumu Dəstəkləyən İİR
İİR-ın humanitar yardımları Myanmalı qaçqınlara təhvil verildi - Foto
Xatırladaq ki, Myanma buddist rejimi radikal buddistlərə yaşıl işıq yandıraraq ölkənin Arakan bölgəsində yüz ilərlə yaşayan yerli Ruhinga Müsəlman xalqına qarşı soyqırım aktı həyata keçirir. Artıq təkcə son buddist hücumları nəticəsində son iki həftə ərzində 5 mindən artıq Müsəlmanın öldürüldüyü iddia edilir.
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Myanma buddist rejimi İran İslam Respublikasının Arakan bölgəsində yaşayan Ruhinga müsəlmanlarına göndərdiyi humanitar yardımlarını qəbul etməyib.
Belə olan təqdirdə İran İslam Respublikası Banqladeş höküməti ilə danışıqlar apararaq göndərdiyi humanitar yardım və dərmanları Banqladeş vaxtı ilə 16:55 –də Çitaqun şəhərinin hava limanında təxliyə edib. Humanitar yardımlar bu ölkənin Myanma ilə sərhəd bölgələrində yerləşdirilən Ruhingalı müsəlmanlara çatdırıb.
Xatırladaq ki, Myanma buddist rejimi radikal buddistlərə yaşıl işıq yandıraraq ölkənin Arakan bölgəsində yüz ilərlə yaşayan yerli Ruhinga Müsəlman xalqına qarşı soyqırım aktı həyata keçirir. Artıq təkcə son buddist hücumları nəticəsində son iki həftə ərzində 5 mindən artıq Müsəlmanın öldürüldüyü iddia edilir.
BMT-nin yaydığı məlumata görə, indiyə qədər 73 min arakanlı müsəlman Banqladeşə keçib, on minlərlə arakanlı sərhəddə gözləyir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır