Filippində fəaliyyət göstərən qondarma “İŞİD” terror qruplaşması terror hadisəsinin məsuliyyətin öhdələrinə götürərək, hadisə zamanı 5 Şiənin Şəhid olduğunu 6 Şiənin isə yaralandığını elan ediblər.

9 may 2017 - 04:34

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Flippində Şiələr qarşı vəhşiliklər davam edir. Belə ki, paytaxt Manila şəhərində yerləşən Məscid yaxınlığında iki terror aktı qeydə alınıb. Azı iki Şiə Şəhid olub 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb.

Flippin polisinin bildirdiyinə görə, partlayışlar Manilanın qədim məntəqələrindən olan Kiyabukidə yerləşən Manila İslami Mərkəz və Qızıllı Məscid yaxınlığında qeydə alınıb.

Filippində fəaliyyət göstərən qondarma “İŞİD” terror qruplaşması terror hadisəsinin məsuliyyətin öhdələrinə götürərək, hadisə zamanı 5 Şiənin Şəhid olduğunu 6 Şiənin isə yaralandığını elan ediblər.

Xatırladaq ki, cari ilin aprel ayının 28-də, Cənubi Asiya dövlətlərinin samiti zamanı Kiyabuki məntəqəsində partlayış aktı qeydə alınmışdır. Nəticədə 14 Şiə Şəhid edilmişdir.

Filippin Polisi hadisənin terror olmadığını israr etsə də, lakin İŞİD terror qruplşması partlayış hadisəsinin məsuliyyətini öz öhdəsinə götürmüşdür.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır