Dünya Əhlibeyt (ə) qurultayının dəstəyi ilə Samirrada yaşayan əhli sünnət İmam Hadı (ə) mövlud tədbiri keçirib.

31 mart 2017 - 15:06

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İmam Hadinin (ə) doğum günü ilk dəfə olaraq dünən axşam əhlisünnətin iştirakıyla Samirra'da İmam Həsən Əsgəri (ə) və İmam Hadinin (ə) hərəminin səhninda təşkil olunub.

Bu programda İraq əhli-sünnəti  şeyxlərindən Şeyx Fazil Mahmudun səyləriylə Dünya Ehlibeyt (ə) qurultayı və Samirra hərəminin əməkdaşlığı ilə həyata keçirilib.

Bu tədbir İraq əhli-sünnət və Şiələrinin geniş iştirakı ilə reallaşdı. Bu proqramda  hərəminin müdiri Şeyx Səttar əl-Mürşidi ilə İraq sünni vəqfi divanı nümayəndəsi çıxış etdilər.

Daha sonra şairlər və məddahlar, Peyğəmbər və Əhlibeyti'nin və İmam Əli əl-Hadinin (ə) mədhində gözəl qəsidələr oxudular.



Diqqət Xəbərdən istifadə etdikdə mənəbəyə istinad lazımdır!

Etiketlər