Almaniya Rein-Main bölgəsinin mərkəzi məscidi olan Hz. Fatimə Zəhra (s) məscidində 12 Mart 2017 tarixində Hz. Fatimənin viladəti və Dünya Müsəlman Qadınlar Günü Konfransı təşkil edildi.

13 mart 2017 - 18:39

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Almaniyanın Rein-Main bölgəsində dünya müsəlman qadınlar günü keçirilib.

Avropanın fərqli şəhərlərindən təqribən 500 yaxın Əhli-Beyt dostunun iştirakıyla reallaşan proqram saat 13: 30 və 17: 30 arasında qeyd edilib.


Proqram, Dünya birincisi olan Quran Hafizi Həsən Sadiqinin Quran-ı Kərim tilavəti ilə başladı.

 Höccət-ul İslam Mustafa Sarıhan  günün əhəmiyyətinə işarə edərək, Hz. Fatimənin (s) Ad Günü və dünya Müsəlman Qadınlar Günü münasibətiylə bütün qadənları təbrik edib.

Proqrada iştirak edən digər qonaqlar da; Höccətul-İslam Təvəkkül Erol, Höccətul-İslam Məhəmməd Mücahidi, Höccətul-İslam Məhəmməd Avcı və Höccətul-İslam Mahmud Xalilzadeh çıxış ediblər.

Əhli-Beyt məddahı İrfan Çiftç-nin oxuduğu ilahilər də Hz. Fatimənin müqəddəs doğum gününə mənəvi bir hava qatıb.



Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Etiketlər