Höccətül İslam vəl Müslimin Ə.Ə.Haşimi Rəfsəncani yanvarın 8-də ürək tutmasından sonra xəstəxanaya yerləşdirilib. Həkimlərin səy və təlaşlarına rəğmən Haşimi Rəfsəncani ürək çatışmazlığından dünyasını dəyişdiyib.
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Məsləhət Şurasının sədri, sabiq prezident Höccətül İslam vəl Müslimin Əli Əkbər Haşimi Rəfsəncani 82 yaşında vəfat edib.
Məlumata görə, Höccətül İslam vəl Müslimin Ə.Ə.Haşimi Rəfsəncani yanvarın 8-də ürək tutmasından sonra xəstəxanaya yerləşdirilib. Həkimlərin səy və təlaşlarına rəğmən Haşimi Rəfsəncani ürək çatışmazlığından dünyasını dəyişdiyib.
Qeyd edək ki, Əli Əkbər Haşimi Rəfsəncani İran İslam Respublikasının dördüncü prezidenti olub. Prezidentlik dönəmindən öncə mərhum Rəfsəncani 1980 - 1989-cu illərdə İran İslam Şurası -parlamentinin spikeri vəzifəsində çalışıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır