Türkiyə döyüş təyyarələri dünən gecə dörd dəfə Hələb yaxınlığındakı əz-Zəhra Şiə şəhərini bombalayıb.Onlarla yaralı və şəhid var.
Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Türkiyə döyüş təyyarələrinin şiə şəhəri sayılan əz-Zəhra'ya etdiyi hava hücumunda bu şəhərin vətəndaşlarından üçü şəhid oldu və 15 adam da yaralandı.
Dünən gecə Türkiyə döyüş təyyarələri 22.30 radələrində əz-Zəhra şəhərinə bomba yağdırdı. Hücumda bir çox şəhid və yaralı var. Nubul səhra xəstəxanasında imkanların qeyri-kafi olmasından ötəri yaralılar Hələbə aparıldı. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Ərdoğanın döyüş təyyarələrinin əz-Zəhra şəhərini bomba yağışına tutmasından dərhal sonra Beyanun şəhərindəki Türkiyəyə bağlı terror qrupları Nubul və əz-Zəhra Şiə şəhərlərini raket yağışına tutdular.
əz-Zəhra xalqı, Türkiyə döyüş təyyarələrini Türkiyə sərhədinə doğru gedərkən müşahidə ediblər.
Nubul xalqının millət vəkili Türkiyənin bu cinayətini şiddətlə qınadı və dedi ki: Türkiyə və müttəfiqləri, Suriya ordusunun Hələbin şərqindəki zəfərlərinə kölgə salmaq üçün diqqətləri başqa tərəfə çəkməyə çalışırlar. Bundan əlavə onlar, terroristlərə dəstək verməyən və onların qarşısında müqavimət göstərən Hələb xalqından intiqam almaq istəyirlər.








Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!