Aldığımız məlumata görə, Xaçmaz rayonunda Ərbəin mərasimi xüsusi özəlliklə qeyd olunub. Belə ki, Xaçmaz şəhəri, ətraf kənd və qəsəbələri də daxil olmaqla Şiələr və Əhli Beyt (əleyhimus səlam) davamçıları Ərbəin gününü eyni "Aşura günü" kimi səhər saatlarından başlayaraq izdihamla qeyd edib.
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bütün dünyada olduğu kimi Şiə və Əhli Beyt (əleyhimus səlam) məmləkəti olan Azərbaycanda da Salari Şəhidan Əba-Əbdillahil Hüseynin (əleyhi səlam) və onun ailə üzüvləri ilə birlikdə yaxın səhabələrinin məzlumcasına Kərbəla çölündə məlun Yəzid ibn Muaviyyə tərəfindən verilən əmrə əsasən ibni Ziyadın başçılığı, Ömər ibni Sədin isə icrası ilə Məhərrəm ayının Onuncu (Aşura) günü qətlə yetirilməsinin Ərbəin mərasimi (yəni 40-cı günü) bütün sıxıntılara baxmayaraq ali sürətdə qeyd edilib.
Aldığımız məlumata görə, Xaçmaz rayonunda Ərbəin mərasimi xüsusi özəlliklə qeyd olunub. Belə ki, Xaçmaz şəhəri, ətraf kənd və qəsəbələri də daxil olmaqla Şiələr və Əhli Beyt (əleyhimus səlam) davamçıları Ərbəin gününü eyni "Aşura günü" kimi səhər saatlarından başlayaraq izdihamla qeyd edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır