Mosul əməliyyatının başladığı gündən buyana, döyüş meydanlarında İraq ordusu və Haşdi Şabi tərəfindən məğlub ediləln təkfirçi terror təşkilatı, məğlubiyyətini kompensasiya etmək üçün bu cür vəhşi hərəkətlərə əl atır.

18 noyabr 2016 - 18:16

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - təkfirçi terror təşkilatı cəlladları, vəhşi cinayətlərinə bir yenisini daha əlavə edərək, Kərkükdə İraq vətəndaşlarının başını bədənindən ayıraraq qətlə yetirdi.

Qana doymayan təkfirçi terror təşkilatı işid, insanları öldürməyə və dərilərini üzməyə son vermir.

Tekfirci terror təşkilatı işid, etdiyi şərhdə; düşmən lehinə casusluq edən xainlərin Kərkükdə edam edildiyini bildirib.

Fotoşəkillərdə də görüldüyü kimi, narıncı rəngli libas geydirilmiş günahsız insanların, başları bədənlərindən ayrılır.

Vəhşicə qətl edilən insanlardan bəzilərinin ağaca bağlanmış halda, bəzilərinidə yerə yatırılmış halda, işid cəlladları tərəfindən başları bədənlərindən ayrılır.

Təkfirçi terror təşkilatı olan İŞİD-in əsl hədəfi dünyaya İslamafobiyanı qəbul etdirməkdir. Hillari Klinton xatirə kitabında, İŞİD-in ABŞ tərəfindən qurulduğunu etiraf edir.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!