Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Ərəb Ordusu və Hizbullah Müqavimət Hərakatının Silahlı Bölmələrinin keçirtdiyi müştərək ant-sionist, vəhhabi əməliyyatları davam edir. Bildirdiyimiz kimi ötən gün Suriya Ordusu Deyr əz Zor şəhərində əl ƏSəd xəstəxanasını ələ keçirtmiş vəhşi terrorçuları məhv edib. Terrorçuların əlində əsir olan onlarla həkim və tibb bacısı azad edilib. Qeyd edək ki, Deyr əz Zor şəhəri Suriyanın neft hasil olunan şəhəridir və eyni zamanda qondarma “İŞİD” adlı terror qruplaşmasının Suriyada özünə paytaxt elan etdiyi Riqqə şəhəri ilə, İraq arasında yeganə keçid yoludur. Buna görə də, terrorçular var gücü ilə Deyr əz Zor şəhərini ələ keçirtmək niyyətindədirlər. Homsdan gələn xəbərlərdə isə, şəhərin Təlbisə və Rəstən bölgələrində ötən gün gecə radələrindən bəri başlayan anti-sionist əməliyyatlar hələ də, davam edir. Suriya Hava Qüvvələri terrorçuların əsas qərərgahlarını dağıdıblar. Terrorçulara bağlı sözdə “beynəlxalq insan haqqları təşkilatı” bu haqda məlumat yayaraq hava zərəbələri zamanı xeyli sayda terrorçunun öldürüldüyünü xəbər verib. Həmçinin Suriya Ordusunun artilleriya bölmələri terrorçuların Homs rayonu yaxınlığında yerləşən əl Darul Kəbirə mikrarayonundakı qərəgahlarını top atəşinə tutaraq oarad yerləşən bütün terrorçuları məhv ediblər.

16 may 2016 - 11:37

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır