Rəvayətlərdə bildirilir ki, mömün bəndələrin ruhları bu qəbristanlıqda toplaşır və dünyadan köçən hər bir mömün bəndənin ruhu mələk vastəsi ilə, buraya gətizdirlir. Hər kim bu qəbristanlıqda torpağa tapşırılarsa qəbr əzabı onun üzərindən götürülür. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) bu qəbristanlıq barəsində həzrəti Əliyə (əleyhi səlam) belə buyurub: “Sən mənim qardaşımsan, mənim sən ilə görüşəcəyim yer Vadiu Səlamdır”.
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın Nəcəfi Əşrəf şəhərində yerləşən, ən qədim tarixə malik olan qəbristanlığın adı “Vadiu Salam”dır.
Həzrəti İmam Əlinin (əleyhi səlam) Müqəddəs Hərəminin şimal nahiyyəsindən bir iki km aralıqda yerləşən bu Qəbristanlıqda bir çox qədim ümmətlərin Peyğəmbərləri (ə) uyuyur. Əgər Həzrəti İmam Əlinin (əleyhi səlam) müqəddəs məzarının sağ və sol səmtində uyuyan Həzrəti Adəm və Həzrəti Nuh (əla nəbiyyina və alihi və əleyhimə səlam) peyğəmbərlərin məzarlarını nəzərə alsaq Vadiu Səlam qəbristanlığını dünyanın ilk qəbristanlığı kimi qələmə vermək olar.
Qeyd olunan Qəbristanlığın şöhrəti isə, Əziz Məsumlarımızdan (ə) bizə gəlib çatan müxtəlif hədislərə xatirdir. Belə ki, bəzi hədislərdə məhz bu Qəbristanlıq bir çox Peyğəmbərlərin (ə), İmamların (ə) və mömün şəxslərin Qiyamət günündə rəcət edəcəkləri (qayıdacaqları) məkandır.
Vadiu Səlam Qəbristanlığı Yaxın Şərqdə ən geniş və böyük qəbristanlıq kimi də, kitaba düşüb. Qəbristanlıq cənub tərəfdən Əmirəl MömininHəzrəti Əlinin (əleyi səlam) Müqəddəs Hərəminə və Nəcəf şəhəri ilə Küfə şəhərlərini birləşdirən “Əli ibn Əbi Talib (əleyhi səlam)” adlı əsas xiyabanına, şərqdən Nəcəf-Kərbəla magistiral yoluna, şimaldan Həyyul Muhəndisin, qərbdən isə, Nəcəf dənizinə (hazırda dəniz quruyub) bitişib.
Rəvayətlərdə bildirilir ki, mömün bəndələrin ruhları bu qəbristanlıqda toplaşır və dünyadan köçən hər bir mömün bəndənin ruhu mələk vastəsi ilə, buraya gətizdirlir. Hər kim bu qəbristanlıqda torpağa tapşırılarsa qəbr əzabı onun üzərindən götürülür. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) bu qəbristanlıq barəsində həzrəti Əliyə (əleyhi səlam) belə buyurub: “Sən mənim qardaşımsan, mənim sən ilə görüşəcəyim yer Vadiu Səlamdır”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır