Qəbulda Venesuelanın mövqeyi, xüsusilə də sionist rejimlə qarşılaşmaq üzrə addımlarını alqışlayan İslam İnqilabının Rəhbəri zalım cəbhənin Venesuela ilə düşmənçiliyinin səbəbini Latın Amerikasında strateji təsirə malik olub, düşmən qarşısında davamlı şücaətlə addımladığını bildirib.

10 yanvar 2015 - 19:41

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei cənabları şənbə günü Venesuela prezidenti Nikolas Madoronu qəbul edib.

Qəbulda Venesuelanın mövqeyi, xüsusilə də sionist rejimlə qarşılaşmaq üzrə addımlarını alqışlayan İslam İnqilabının Rəhbəri zalım cəbhənin Venesuela ilə düşmənçiliyinin səbəbini Latın Amerikasında strateji təsirə malik olub, düşmən qarşısında davamlı şücaətlə addımladığını bildirib.

Dünya Müsəlmanlarının Ali Lideri Ayətullah Xamenei həmçinin qısa müddət ərzində neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasını siyasi motivli və qeyri-iqtisadi hərəkət adlandıraraq əlavə edib: İran İslam Respublikası və Venesuelanın müştərək düşmənləri neftən siyasi bir vasitə kimi istifadə edirlər və mütləq neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasında rolları vardır.

Neftin qiymətinin ucuzlaşması ilə operativ mübarizə üçün İİR və Venesuela prezidentləri arasındakı əldə olunan anlaşmaları təsdiqləyən İnqilab Rəhbəri əlavə ediblər: Əlbəttə iki ölkənin əməkdaşlıqları neft məsələləri ilə məhdudlaşmır və hazırda gözləntilərdən aşağı olan iki ölkə arasındakı ticarət dövriyyəsi və sərmayələrin səviyyəsi artırılmalıdır.

Həzrət Ayətullahülüzma Xamenei regional və beynəlxalq səhnədə Venesuelanın müqaviməti, mövqeyi və addımlarıı alqışlayaraq deyib: Latın Amerikası ölkələri əslində Venesuelanın strateji dərinliyidirlər və Venesuelanın amalları bölgə xalqlarının çoxunun oyanışına səbəb oldu. Amerikanın Venesuela xalqı və dövləti ilə düşmənçiliyinin səbəbi də elə bu məsələdir.

Venesuela dövlətinin 50 günlük Qəzzə müharibəsindəki çox əla mövqeyinə toxunan İnqilab Rəhbəri əlavə ediblər: Sionist rejim dünyada, xüsusilə də Yaxın Şərq xalqları arasında tam mənfurdur və Venesuelanın sionist rejimə qarşı şücaətli mövqeyi xalqlar arasında Venesuela üçün çoxlu dostlar yaradacaqdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags