İslam İnqilabının Böyük Rəhbəri sonda buyurublar: Əgər düşmən İslami Oyanışı yatırdığını xəyal edirsə, bu da onları yanlışlıqlarından biri olacaqdır. Çünki İslami Oyanış bəzi hissələrdə yatırdıla bilər. Lakin şübhəsiz kökü kəsilməyəcək və genişlənəcəkdir.

4 iyun 2014 - 16:04

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Lideri: Bütün təzyiqlərə baxmayaraq, İslam Respublikası hazırda regionun siyasətlərində birinci sözü deyir və zorakı qüdrətlər qarşısında dayanmışdır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün çərşənbə günü İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) vəfatının 25-ci ildönümü mərasimində çıxış ediblər.

Dünya Müsəlmanlarının Ali Rəhbəri çıxış zamanı bildiriblər: “İran İslam Respublikası ən ağır sanksiyalara baxmayaraq mühafizəkarlıq etmədi və qərbin qarşısında əyilmədi.”

Həzrət Ayətullahülüzma Xamenei avropalıların böyük bir yanlış strategiya sərgiləyərək özlərini ABŞ-ın xidmətinə qərar verdiklərini bildirərək deyib: “Amerika bizim İslam quruluşumuzun qarşısında bütün hərəkətlərə əl atıb və Allahın lütfü ilə bütün bunlarda məğlubiyyətə uğrayıb. Bu gün hərbi hücum amerikalıların prioriteti deyildir. Onlar düzgün anlayıblar ki, hərbi hücum, hücuma məruz qalan ölkələr üçün təhlükəli olduğu qədər, hətta daha artıq hücum edən üçün təhlükəli ola bilər.”

İmam Xamenei həzrətləri İslam, Şiə və Şiəliyə qarşı amansız cinayətlər törədən təkfirçi qruplaşmalarada toxunaraq bildirib: “Amma bunlar (təkfirçilər) əsil düşmənlər deyillər. Əsil düşmən odur ki, bunları təhrik edir, bunlara pul verir və bunların motivi zəiflədikdə müxtəlif vasitələrlə onlara dəstək verir, nadan qrup arasında və İran xalqı arasında ayrılıq toxumu səpir.”

Həzrət Ayətullahülüzma Xamenei cənabları daha sonra əlavə ediblər: Sələfi və təkfir adı ilə və İslam adı ilə İslam Respublikası quruluşuna qarşı çıxan qruplaşmalar aldanmışlar.

İslam İnqilabının Böyük Rəhbəri sonda buyurublar: Əgər düşmən İslami Oyanışı yatırdığını xəyal edirsə, bu da onları yanlışlıqlarından biri olacaqdır. Çünki İslami Oyanış bəzi hissələrdə yatırdıla bilər. Lakin şübhəsiz kökü kəsilməyəcək və genişlənəcəkdir.

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər