Əlaqələrin Yaxşılaşdırılması Fonunda
Pakistanın Baş Naziri Nəvaz Şərifin İmam Xamenei cənabları ilə görüşü + Foto
Dünya Müsəlmanlarının Ali Lideri Ayətullah Seyyid Əli Xamenei daha sonra iki dövlət arasındakı əlaqələrin genişləndirilməsi üçün kimdən isə icazə almağa ehtiyac duyulmadığını vurğulayaraq bildirib: “Xəbisliyi bütün aləmə məlum olan Amerika o cümlə dövlətlərdəndir ki, İran İslam Respublikası ilə Pakistan arasında soyuqluq yaratmağa çalışır. Əlbətdə Amerika bu işdə tənha dövlət deyil, başqa dövlətlər də bu işdə çalışaraq iki dost ölkəsi arasında fasilə yaratmağa səy göstərirlər.”
13 may 2014 - 13:13
Xəbər kodu: 608302
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmalarının Ali Lideri, İslam İnqilabının Rəhbəri Ayətullah Seyyid Əli Xamenei cənabları Pakistanın Baş Naziri Nəvaz Şərif ilə onu müşayiət edən ir qrup rəsmi heyəti qəbul edib.
Görüş zamanı Dünya Müsəlmanlarının Ali Lideri Pakistan və İran xalqı arasındakı mövcud səmimi əlaqələrin mühüm səbəbini müştərək mədəniyyətin və dinin olduğunu vurğulayaraq, iki ölkə arasındakı iqtisadi əlqələrin aşağı səviyyədə olmasından gileylənib.
İmam Xamenei cənabları bildirib: “Bir sıra əllər vardır ki, müxtəlif planlarla əl ataraq, o cümlədən İİR ilə Pakistan arasındakı uzun uzadı olan sərhəd boyu təhlükəsizliki pozaraq, regionda sabitsizlik yaratmaqla iki qardaş və səmimi dost ölkələri, İran İslam Respublikası ilə Pakistan arasında fasilə salsınlar. Amma biz imkan verməməliyik ki, iki dövlət arasındakı əıaqələrin genişləndirilməsi üçün yaranmış böyük fürsətlər əldən çıxsın.”
Ayətullah Seyyid Əli Xamenei daha sonra iki dövlət arasındakı əlaqələrin genişləndirilməsi üçün kimdən isə icazə almağa ehtiyac duyulmadığını vurğulayaraq bildirib: “Xəbisliyi bütün aləmə məlum olan Amerika o cümlə dövlətlərdəndir ki, İran İslam Respublikası ilə Pakistan arasında soyuqluq yaratmağa çalışır. Əlbətdə Amerika bu işdə tənha dövlət deyil, başqa dövlətlər də bu işdə çalışaraq iki dost ölkəsi arasında fasilə yaratmağa səy göstərirlər.”
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır