Xanım Zeynəbin (s) hərəminin müdafiəçiləri
Həzrəti Zeynəbin (s) hərəminin müdafiəçisi Müqəddəs Məşhəd şəhərində dəfn olundu + Foto
Ötən gün “şeytan ordusu”, azğın vəhhabilər tərəfindən Suriyada qəhrəmancasına Şəhid edilən Qasim Şücainin pak cəsədi ilk öncə Müqəddəs Məşhəd şəhərində İmam Rzanın (əleyhi səlam) hərəmini ziyarət etdirilmiş daha sonra minlərlə Xanım Zeynəbinin (əleyha səlam) aşiqlərinin iştrakı ilə torpağa basdırılmışdır.
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, dünya imperialist qüvvələrinin Suriyada apardığı amansız döyüşlərdə düşmən qüvvələri İslam Dinin Müqəddəs məkanlarını, xüsusi ilə də xanım Fatiməi Zəhranın (səlamullahi əleyha) qızı, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) qız nəvəsi, həzrəti Zenəbi Kübranın (səlamullahi əleyha) müqəddəs türbəsini dağıdaraq məhv etmək niyyətindədirlər.
İslam düşmənləri bu növ addımlarla İslam dininin, özəlliklə də, Əhli Beytin (əleyhimu səlam) nişanələrini tamami ilə məhv etmək əzmindədir. Lakin buna baxmayaraq dünya Şiələri Əhli Beytin (əleyhimu səlam) və İslam dininin müdafiəsinə qalxaraq, bu yolda canlarından keçməkliki özlərinə böyük bir fəxr bilir və həmçinin bu yolda Şəhid olmağı daha üstün Şəhadət hesab edirlər.
Aşağıda müşahidə edəcəyiniz şəkillər Əfqanıstan Şiələrinin Suriyada yaratdıqları “Fatimilər” biriqadasının könüllü üzvlərindən biri Şəhid Qasim Şücainin dəfn mərasimindən çəkilmiş fotolardır.
Ötən gün “şeytan ordusu”, azğın vəhhabilər tərəfindən Suriyada qəhrəmancasına Şəhid edilən Qasim Şücainin pak cəsədi ilk öncə Müqəddəs Məşhəd şəhərində İmam Rzanın (əleyhi səlam) hərəmini ziyarət etdirilmiş daha sonra minlərlə Xanım Zeynəbinin (əleyha səlam) aşiqlərinin iştrakı ilə torpağa basdırılmışdır.
İnnə lilləh və innə ileyhi raciun.
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır