İki gün davam edəcək səfər çərçivəsində Höccətül İslam vəl Müslimin Doktor Həsən Ruhani ilk öncə Zahidan şəhərində on minlərlə insan kütləsinin qarşısında çıxış edib. Və gələn il üçün qaz boru kəmərinin İran Şəhərə və oradan da Zahidan şəhərinə çəkiləcək planına söz verib.
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Prezidenti Höccətül İslam vəl Müslimin Doktor Həsən Ruhani, bu gün səhər radələrində İran İslam Respublikasının Zahidan şəhərinə səfər edib.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilk öncə Sistan və Bəluçistan əyalətinin Zahidan Beynəlxalq Hava Limanında əyalətin Valisi və bir sıra rəsmi nümayəndələri tərəfindən qarşılanıb.
İki gün davam edəcək səfər çərçivəsində Höccətül İslam vəl Müslimin Doktor Həsən Ruhani ilk öncə Zahidan şəhərində on minlərlə insan kütləsinin qarşısında çıxış edib. Və gələn il üçün qaz boru kəmərinin İran Şəhərə və oradan da Zahidan şəhərinə çəkiləcək planına söz verib.
Prezident Həsən Ruhani cənabları həmçinin çıxışında 11 –ci dövlətin Zahidan şəhəri üçün nəzərdə tutduğu layihələrə işarə edərək “Biz tezliklə Sistan və Bəluçistan əyalətində qızıl, mis, qurquşun, dəmir və.s. mədənlərin qazıntı işlərinə başalayacağıq...” deyə bildirib.
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır