Ümümdünya Müsəlmanlıarının Ali Dini Lideri Ayətullah Uzma Seyid Əli Xamenei həzrətləri ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinin tərəfdarı olduğunu bildirib.

9 aprel 2014 - 19:17

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasına rəsmi səfər edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 9-da Tehranda Ümümdünya Müsəlmanlıarının Ali Dini Lideri Ayətullah Uzma Seyid Əli Xamenei həzrətlərinin qəbulunda olub.

İmam Xamenei həzrətləri Azərbaycan prezidentinin səfərinin iki ölkə arasındakı əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini vurğulayıb və əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Ümümdünya Müsəlmanlıarının Ali Dini Lideri Ayətullah Uzma Seyid Əli Xamenei həzrətləri ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinin tərəfdarı olduğunu bildirib.

Həzrəti Ayətullah Seyid Əli Xamenei Azərbaycan prezidentinin böyük təcrübəyə malik olduğunu vurğulayıb və Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, İmam Xamenei həzrətləri ilə, keçirtdiyi görüşündən sonra Bakı vaxtı ilə 21:00-da Tehran İmam Xomeyni adına Beynəlxalq Hava Limanı vasitəsi ilə Bakıya geriyə dönüb.

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags