Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ərbəin ziyarəti, Seyyidüş-Şühədanın (əleyhi səlam) məqamını və qiyamının məqsədlərini izah etməklə yanaşı, o Həzrətin düşmənlərinin azğınlığının köklərinə və xüsusiyyətlərinə də toxunur. Bu ziyarət dünyapərəstliyi, həqiqəti cüzi mənfəətlər müqabilində satmağı, təkəbbürü və nəfsani istəklərə tabe olmağı batil cəbhəsində yer almağın ən mühüm amilləri kimi təqdim edir; bunlar insanı haqqı qəbul etməkdən uzaqlaşdırır və onu İlahi övliyalarla qarşıdurmaya sürükləyir.

Sizin rəyiniz