Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ğədir xütbəsində Peyğəmbər-i Əkrəm (s) Maidə surəsinin 67-ci ayəsinə istinad edərək, Əmirəl-möminin Əli (ə)-nın vilayətini bildirməyi İlahi bir vəzifə kimi təqdim etdilər. Allah-taala bu ayədə Peyğəmbər (s)-ə Əmirəl-möminin (ə)-nın vilayətini rəsmi şəkildə elan etməyi əmr etdi və bunu tərk etməyi risalətin yarımçıq qalması kimi qiymətləndirdi. Beləliklə, Ğədir-xum xütbəsi sadəcə bir əxlaqi tövsiyə deyil, Peyğəmbər (s)-in İslam ümmətini hidayət etmək üçün son missiyasının əsas hissəsi hesab olundu.

Sizin rəyiniz