"Benu Ləmzan” dərəsi; Hörmüzqan qayalıqlarının qəlbində parlayan inci

6 may 2026 - 17:41
Source: IRNA

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın cənubundakı möhkəm dağ silsilələri arasında Hörmüzqan vilayəti gizli bir gövhəri öz qoynunda saxlayır; “Benu Ləmzan” dərəsi — nəhəng daş divarları və zülal su yolu ilə hər bir təbiətsevərin gözünü özünə dikən təbii və heyrətamiz bir fenomen.

“Benu Ləmzan” dərəsi Bəndər Lengə rayonunda, Ləmzan şəhəri yaxınlığında yerləşir. Bu dərə cənub təbiətinin toxunulmamış gözəlliklərinin rəmzi sayılır və Ləmzan şəhərindən təxminən 5 kilometr, Bəstəkdən isə 90 kilometr şərqdə, Hörmüzqanın cənub dağlarının qoynunda yerləşib.

Bu su dərəsi öz axarı boyunca yaratdığı təbii və şəffaf su hövzələri ilə xəyalabənzər mənzərə yaradır; elə bir məkan ki, burada dağların sükutu suyun pıçıltısı və sərin meh ilə qovuşur, təbii aşınmalar isə qayalar üzərində təbiət sənətinin izlərini həkk edir.

Dərə boyunca müxtəlif dərinliklərə malik 12 su hövzəsinin olması bu məkanı su idmanları və həvəskarlar üçün ideal istiqamətə çevirib.

“Benu Ləmzan” dərəsinin əsas yollardan və izdihamdan uzaq olması ona təbii sima bəxş edib. Bu xüsusiyyət həmin dərənin təbiət turistləri və fotoqraflar üçün cənnətə çevrilməsinə səbəb olub.

Fotoreportaj \ "Benu Ləmzan” dərəsi; Hörmüzqan qayalıqlarının qəlbində parlayan inci

Sizin rəyiniz

You are replying to: .
captcha