Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bu gün, bazar ertəsi (1405-ci il, ordibehişt ayının 6-ı) səhər saatlarında Ramazan müharibəsi çərçivəsində regional inkişaflara həsr olunmuş elmi seminar keçirildi. Seminarda Hormuz boğazının geostrateji əhəmiyyəti və müqavimət oxunun strategiyası vurğulandı. Qeyd edək ki, Tədbir Beynəlxalq Əhl-Beyt (ə) Assambleyasının Elmi və Mədəni İşlər üzrə Müavinliyinin Tədqiqatlar İdarəsi tərəfindən, əl-Mustafa əl-Aləmiyyə Universitetinin Qısa Müddətli Təhsil Müəssisəsi və Beynəlxalq «ABNA» Xəbər Agentliyi ilə əməkdaşlıq edilərək təşkil edildi. Seminarda İranın Livandakı sabiq səfirlik nümayəndəsi və regional məsələlər üzrə ekspert Seyyid Hadi Seyyid Əfqəhi də iştirak etdi.
Sizin rəyiniz