Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Nimeyi Şəban gecəsində Qum əhalisi və Vəd Edilmiş Mehdini (Əccələllahu Təala fərəcəh) gözləyənlər Peyğəmbəri (ə) Əzəm bulvarından Müqəddəs Cəmkəran Məscidinə piyada yürüş edərək, bəşəriyyətin yeganə xilaskarının doğumunun ildönümünün qeyd olunmasında iştirak etdilər. Qeyd edək ki, Nimeyi Şəban adı ilə məşhur olan Şaban Ayının 15-i gecəsi, dünya tarixində həlledici tarixdir. Belə ki, Hicri Qəməri təqvimi ilə 255-ci ilin Şaban Ayının 15-də Allah Təala sonuncu Xəlifəsi, Həzrəti İmam Məhhdini İraqın Samirra şəhərində, İmam Həsən Əskərinin (əleyhi səlam) evində, düşmənlərdən məxfi şəkildə dünya gətizdirdi və O həzrəti qoruyaraq qeybə çəkdi. Bir gün gələcək, O həzrət Allah Təalanın əmri ilə zühur edərək dünyada ədaləti bərpa edəcəkdir.
Sizin rəyiniz