Yenicə azad edilmiş fələstinli əsirin anası oğluna qəddar İsrail rejimin həbsxanalarından azad edildikdən sonra ilk görüşündə Fələstinin Qələbəsinin yaxın olduğunu bildirib.

21 oktyabr 2025 - 11:26

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, uşaq qatili, qanunsuz İsrail rejiminin həbsxanalarından azad edilən əsir Mahmud əl-Arizənin anası ilk video zəngi zamanı oğluna bunları deyib:

“Ananın əzizi, biz Allahın əmri ilə fars xalqından gələn bir kişinin əli ilə qalib gələcəyik”.

 Mahmud əl-Arizənin anası daha sonra davam edərək deyib: “Mən bunu 40 il bundan öncə eşitmişəm və yadda saxlamışam”.

Məşhur fələstinli əsirin anası: “Fars xalqından gələn bir kişinin əli ilə biz qalib gələcəyik”. Bunu 40 il bundan öncə eşitmişəm / Foto

Gilboa həbsxanasından qaçmağın təşkilatçısı olan Əl-Arizə otuz ildən sonra HƏMAS-ın təkidi ilə sionist rejimin əsirliyindən sərbəst buraxıldı və HƏMAS ilə İsrail arasında son əsir mübadiləsi razılaşması zamanı dərhal Misirə sürgün edildi.

Sərbəst buraxıldıqdan sonra o, İran İslam Respublikasına və Müqavimət Oxuna Fələstin məsələsini dəstəklədiklərinə və işğalçı İsrail rejimi ilə mübarizə apardığına görə təşəkkür edib.

Sizin rəyiniz

You are replying to: .
captcha