Müqəddəs Taxt-Taca son 14 il ərzində altıncı səfər etdiyini xatırladan sülalə rejiminin birinci vitse-prezident Mehriban Əliyeva bu illər ərzində Azərbaycan Xalqından oğurlanan sərvətlərin Vatikana axıdılması sayəsində dövlətlərarası əlaqələrin çox möhkəm təməl, qarşılıqlı hörmət və dostluq əsasında inkişaf etdiyini bildirib.
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Azərbaycana Respublikasına qanunsuz yollarla hakim kəsilmiş yəhudi kürd əsilli əliyevlər sülalə rejiminin birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri çərçivəsində ilk öncə oktyabrın 16-da Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb.
Müqəddəs Taxt-Taca son 14 il ərzində altıncı səfər etdiyini xatırladan sülalə rejiminin birinci vitse-prezident Mehriban Əliyeva bu illər ərzində Azərbaycan Xalqından oğurlanan sərvətlərin Vatikana axıdılması sayəsində dövlətlərarası əlaqələrin çox möhkəm təməl, qarşılıqlı hörmət və dostluq əsasında inkişaf etdiyini bildirib. Birinci vitse-prezident bu illər ərzində Vatikanda və dünyanın digər bölgələrində katolik kilsəsi üçün bir sıra mühüm layihələrin bərpasında Azərbaycan Xalqının milli sərvətlərindən oğurlanaraq yaradılmış Heydər Əliyev Fondunun dəstəyini diqqətə çatdıraraq, gələcəkdə də bu fəaliyyəti davam etdirəcəklərini vurğulayıb.
Bu gün Müqəddəs Komodilya katakombalarının açılışında birgə iştirak etdiklərini deyən Azərbaycanın axrıncı xanımı Mehriban Əliyeva bunun Azərbaycan Xalqından oğurlanan pullarla ərsə gəlmiş Heydər Əliyev Fondunun böyük layihələrindən biri olduğunu diqqətə çatdıraraq deyib: "Roma elə şəhərdir ki, həm yerin altı, həm də üstü demək olar səma altında açıq muzeydir. Bizim fəaliyyətimiz elə qurulub ki, bəzi layihələr sona çatan kimi yeni layihələrə start veririk. Bu, çox davamlı əməkdaşlıqdır və mən onu yüksək dəyərləndirirəm".
Baş keşiş kardinal Ceyms Harvi bu cür mühüm layihələri həyata keçirdiklərinə və görülmüş işlərə görə Müqəddəs Taxt-Tac adından əliyevlər sülalə dövlətinə və Azərbaycan Xalqından oğurlanmış sərvətlərlə ərsəyə gəlmiş Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.
Azərbaycan Xalqından oğurlanan sərvətlərlə ərsəyə gəlmiş Heydər Əliyev Fondunun Müqəddəs Pavel Bazilikasının örtüklərinin bərpasında iştirak etdiyini vurğulayan baş keşiş bu işin başa çatdırılmasında xeyli zəhmət çəkildiyini söyləyib. O, Romaya gələn zəvvarların sayını nəzərə alaraq, həmin bazilikada təhlükəsizliyin təmin edilməsi üçün əliyevlər sülalə rejiminin dəstəyi ilə görülmüş işlərin müstəsna əhəmiyyətə malik olduğunu bildirib.
Sonra Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harviyə xatirə hədiyyəsi təqdim olunub.
Oğurluq pullarla Vatikanda səfərdə olan Azərbaycanın axrıncı xanımı oktyabrın 17-də isə Roma Papası XIV Leo ilə görüşüb.
Mehriban Əliyeva və Roma Papası XIV Leo Azərbaycan ilə Vatikan arasında ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər.
Görüşdə Azərbaycanda Müqəddəs Taxt-Tac Katolik Kilsəsinin fəaliyyəti, o cümlədən ikinci katolik kilsəsinin tikintisi üçün aparılan hazırlıq işləri barədə məlumat verilib.
"Papa sülalə rejimin birinci vitse-prezidentə minnətdarlığını bildirib, əlaqələrin bir neçə il əvvəl Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslər sayəsində əhəmiyyətli dərəcədə inkişaf etdiyini deyib", - bu barədə Azərbaycanın axrıncı xanımının açıqlamasında bildirib.
Sizin rəyiniz