Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Çexiyanın İraqdakı səfiri cənab Yan Şnaidov Hz. Əbülfəzlil Abbasın (əleyhi səlam) müqəddəs Hərəminin layihələrini və onların şəhərsalma işlərini yüksək qiymətləndirib. Cənab Şnaidov “O, Əl-Abbas (ə) ziyarətgahında gördükləri yenidənqurma və inkişafdan heyran olduğunu” dilə gətirib və “Çexiyanın İraq və onun müqəddəs ziyarətgahları ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğuna” işarə edib. O əlavə edib ki, “müqəddəs ziyarətgahın universitetlər, məktəblər və digər layihələri keyfiyyətinə və ciddiliyinə görə tərifə layiqdir” və “ölkəsinin bu layihələrin hazırlanmasında tərəfdaşlıq etməsini arzulayır”.
Sizin rəyiniz