“Məryan” sözünün mənası "yol kənarında salınmış məkan deməkdir". Bu kənd, Talış rayonunun ətraf kəndlərindən biridir və vilayətin mərkəzi sayılan Rəşt şəhərindən 143 kilometrdir aralıda yerləşir.

29 sentyabr 2025 - 15:06

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Təmiz hava ilə zəngin çəmənliklər və dağlar, meşə ağaclarının ətrafa yayılan ətri hər kəsin arzuladığı bir mənzərəni yaradır. Siz bu arzuya Talış Diyarının Əsrarəngiz Kaspi Hirkan Qarışıq Meşələrinin gözəl yaylaq bölgələrindən biri olan Məryan kəndində qovuşa bilərsiniz.

İRNA-nın məlumatına görə, İnsan səs-küylü və tozlu şəhər mühitində yaşadığı üçün istirahət məqsədi ilə daima təmiz hava ilə zəngin təbiət qoynuna və sakit məkanlara üz tutur. Bu elə məkanlardır ki, beton evlərdən uzaq olmaqla, ənənəvi kənd ab-havası, meşələri və çəmənlikləri göz önündə canlandırır.

Belə məkanları zəngin təbiətə malik olan ölkəmizdə tapmaq mümkünsüz bir iş deyil. Geniş əraziyə, dörd mövsümü yaşayan iqlimə və zəngin təbiətə malik olan bir məkanda, sadəcə olaraq bir balaca zəhmət çəkməyiniz kifayətdir ki xəyalınızda olan cənnət quşəsini tapa biləsiz. Yaylaq məntəqəsində yerləşən Məryan kəndi isə şəhər sakinlərinin üz tutduğu belə məkanlardan biridir.

“Məryan” sözünün mənası "yol kənarında salınmış məkan deməkdir". Bu kənd, Talış rayonunun ətraf kəndlərindən biridir və vilayətin mərkəzi sayılan Rəşt şəhərindən 143 kilometrdir aralıda yerləşir. Tehrandan ora çatmaq üçün əvvəlcə Kərəc avtomagistralına, sonra isə Qəzvin–Rəşt şossesinə çıxmaq lazımdır. Rəşt şəhərini keçdikdən sonra Fumən, Sumesəra, Pəresər və Əsalem qəsəbələrindən ötərək Talışa çatmaq mümkündür. Talışdan Məryan kəndinə qədər isə təxminən 30 kilometrlik yolu avtomobillə rahatlıqla qət etmək olar.

Sizin rəyiniz

You are replying to: .
captcha