Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Xan Yunisdəki evindən didərgin düşmüş 73 yaşlı fələstinli qadın Sədiyyə Sabihi Qəzza zolağının cənubundakı Əl-Məvasi qaçqın düşərgəsində uşaqlara və yeniyetmə qızlara Quran öyrədir. Çətin yaşayış şəraitinə və məhdud imkanlara baxmayaraq, xanım Sabihi çadırının bir hissəsini Quran sinfinə çevirib və tələbələrinə hər gün Quran ayələrini öyrənib əzbərləməyə kömək edir.
Sizin rəyiniz