Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Möhtəşəm Ərbəin yürüşündə iştirak etmək üçün Fars vilayətindən ilk dəfə zəvvar olan 400 tələbəni yola salma mərasimi tələbələrin ailələri, təhsil və mədəniyyət müəssisələrinin rəsmiləri, bir qrup mömin və həvəskar insanların iştirakı ilə keçirilib. İlk dəfə Kərbəlada İmam Hüseynin (ə) hərəmini ziyarət etmək şərəfinə nail olan bu tələbələr karvanlar şəklində təşkil olunaraq, mədəniyyət müəllimləri və təhsil işçilərinin müşayiəti ilə Şirazdakı Seyyid Əlaəddin Hüseynin (ə) hərəmindən yola salınaraq, İraq sərhədlərinə yola düşüblər.
Foto: Höccət Kahyari
Sizin rəyiniz