Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi –ABNA: 100-dən artıq beynəlxalq insan haqları və yardım təşkilatı birgə bəyanat yayaraq, Qəzza zolağında getdikcə ağırlaşan aclıq böhranı barədə xəbərdarlıq edib və dünya dövlətlərini bu fəlakəti dayandırmaq üçün təcili və təsirli tədbirlər görməyə çağırıblar. Bəyanatda bildirilir ki, hazırkı böhranlı vəziyyətin əsas səbəbləri sionist rejimin tətbiq etdiyi sərt məhdudiyyətlər, inzibati proseslərdəki gecikmələr və yardım axınının mühasirədə saxlanılmasıdır. Bu amillər Qəzzədə xaosa, aclığa və ölümə səbəb olur.

26 iyul 2025 - 11:29

Sizin rəyiniz

You are replying to: .
captcha